-
Vaxtilə onu kürd terrorçuları ilə əlaqədə suçlamışdılar, Türkiyədən ayrılmalı olmuşdu Ahmet Kaya. Ünlü müğənni-bəstəkar Parisdə dünyasını dəyişmişdi – 43 yaşında... ürək xəstəliyindən.
Türkiyə prezidenti Abdulla Gülün bu ilki “Kültür ve Sanat Ödül”ünü (musiqi sahəsində) Ahmet Kayaya verməsi onun ölümündən 13 il keçməsi ərəfəsinə, doğumununsa düz 56-cı ilinə təsadüf edib.
Ödülün Ahmet Kayaya verilməsi belə əsaslandırılıb: "Müziği, yorumu ve söylemiyle farklı görüşlerden çok sayıda insanı biraraya getirdiği gerekçesiyle Müzik alanında merhum Ahmet KAYA’ya verilmesini uygun görmüşlerdir."
Amma son 13 ildə demokratiya və barış sahəsində xeyli məsafə qət etmiş Türkiyədə Ahmet Kaya mübahisələri hələ də səngiməyib. Mükafat da birmənalı qarşılanmayıb.
Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli prezidenti Ahmet Kayaya ödül vermək qərarını dəyişdirməyə çağırıb:
"Bu ödülü siz mi düşünüp takdir ettiniz, yoksa bir teklifi mi uygun buldunuz. Etrafınızda PKK’ya ödül verilmesi dillendirilmişse, kaygımız, terör örgütü Çankaya Köşkü’ne kadar sızmıştır".
Amma ödülü mühüm sayanlar da az deyil.
Türkiyənin ən nüfuzlu köşə yazarlarından olan Hıncal Uluç “Sabah” qəzetində yazır:
“Linç kültürümüz içimize işlemiş.. Bir gurup yeniden Ahmet Kaya'ya kusuyor. Bir gurup da ona ödül verenlere. O zaman söyler misiniz, bu ülkeye barış, o kimsenin dilinden düşmeyen
"Barış" nasıl gelecek?”
Atası kürd, anası türk olan Ahmet Kayanın mahnıları və dediyi sözlər dəfələrlə Türkiyədə mübahisə doğurub. Onun vaxtilə Türkiyədə çox populyar olan, 3 milyon nüsxəyə qədər satılaraq rekord qıran “Şarkılarım Dağlara” albomu satışdan mahnılardan birindəki “Abin bir gün dağdan döner, sarılırsın yavrucağım” sözlərinə görə yığışdırılmışdı.
Karyerası boyunca, milli ayrı-seçkilik salması iddiası ilə dəfələrlə konsertləri də ləğv edilib Ahmet Kayanın.
1999-cu ildə isə“Magazin Gazetecileri Derneği”nin “İlin sənətçisi” ödülünü alarkən Ahmet Kaya “Princess Otel”dəki mərasimdə çıxışı ilə qalmaqala səbəb olmuşdu.
O, “Ben bu ödül için İnsan Hakları Derneği’ne, Cumartesi Anneleri’ne, tüm basın emekçileri ve tüm Türkiye halkına teşekkür ediyorum. Bir de bir açıklamam var: Şu anda hazırladığım ve önümüzdeki günlerde yayımlayacağım albümde bir Kürtçe şarkı söyleyeceğim ve bu şarkıya bir klip çekeceğim. Aramızda bu klibi yayınlayacak yürekli televizyoncular olduğunu biliyorum, yayınlamazlarsa Türkiye halkıyla nasıl hesaplaşacaklarını bilmiyorum."- demişdi.
Bundan sonra zaldakı bəzi qonaqlar müğənniyə söyüşlər yağdırmağa, ona müxtəlif əşyalar atmağa başlamışdı. Təhlükəsizlik xidmətinin əməkdaşları Kayanı zaldan çıxarmalı olmuşdu.
1993-cü ildə Berlində “Kürt İşadamları Derneği”nin təşkil etdiyi bir gecədə verdiği iddia edilən bir konsertə aid fotoların “Hürriyet” qəzetində yayınlanmasından sonra Ahmet Kaya barəsində "Bölücü PKK örgütüne yardım ve yataklık yaptığı ve halkı ırk farklılığı gözeterek kin ve düşmanlığa tahrik ettiği" iddiasıyla cinayət işi açıldı, onun 10 il müddətinə həbs olunması təhlükəsi yarandı.
Fransaya mühacirət edən sənətçi qiyabi olaraq 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edildi. Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən sonra müğənniyə münasibət dəyişdi, hətta qəbrinin Türkiyəyə gətirilməsi məsələsi qaldırıldı.