Ermənistanda işıqlar sönüb

Foto: Arxiv

-
Ermənistanın bəzi rayonlarına və Yerevanın bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Gazeta.ru portalı Ermənistan Energetika Nazirliyinə istinadən yazır ki, enerjinin nəqli İran tərəfindən kəsilib.

Metsamor Atom Elektrik Stansiyasının sentyabrın 22-də təmirə dayanmasından sonra Ermənistan elektrik enerjisinə tələbatını əsasən İrandan ödəyir.

Elektrik enerjisinin kəsilməsi Yerevan metrosunda bəzi qatarların tuneldə qalmasına səbəb olub. Bəzi soyuducu sistemlərin də işi dayanıb.