Rəngarəng və qədim İlisu kəndi.

Qaxın İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir.

Bu kəndində Qaxın iki çayı - Kürmükçay və Ağçay birləşir, kənd üçün gözəl mənzərə yaradır.

Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Kürmükçay üzərində salınmış Orta Əsrlər dövrünə aid Ulu Körpü.

İlisunu əhatə edən dağlıq meşələr, alp çəmənliklər İlisu dövlət təbiət qoruğuna daxildir. Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi.

Kənd bir yaşayış məskəni kimi XIII əsrdə formalaşmışdır. Kənddə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar.

Həmin ərazidəki qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. XIII əsrdən başlayaraq Qax ərazisindən köçən insanlar İlisunun kifayət qədər genişlənməsində rol oynamışlar.

Bu kənd bir zamanlar Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların və ətraf bölgələrdə yaşayan yerli camaatın İlisu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.

1562-ci ilə Səfəvi hökmdarı I Təhmasibin fərmanı ilə İlisu Sultanlığını yaradan Samux bəyləri Sultanlığın mərkəzini XVII əsrdən sonra bu yaşayış yerinə köçürmüşlər.

İlisuda XVII əsrə aid tarixi abidə - Ulu Məscid.

İlisuda XVII əsrə aid tarixi abidə - Ulu Məscid.

Ulu Məscidin axundu axund Elman bizə ulu babasından qalma, təqribən XVII əsrə aid olduğu güman edilən, qoz ağacı üzərində yonulmuş İlisu Sultanlığının xəritəsini göstərir.

Kəndin mərkəzindən təqribən 2 km aralıda şəlalə var. Bu şəlalə kəndə gələn turistlərin ən əvvəl görmək istədiyi yerlərdən biridir.

Kəndin mərkəzindən təqribən 2 km aralıda şəlalə var. Bu şəlalə kəndə gələn turistlərin ən əvvəl görmək istədiyi yerlərdən biridir.

Kənddə türistlərin diqqətini çəkən bir başqa şey XVII əsrə aid Sumuq qalasıdır. Bir çoxlarımız "Qorxma, mən səninləyəm" bədii filmindən bu qalanı xatırlayırıq.

Kəndin axundu Elman dayı Sumuq qalası tərəfdən evinə qısa yolla getmək üçün bu "körpü"-dən istifadə edir.

Kəndin axundu Elman dayı Sumuq qalası tərəfdən evinə qısa yolla getmək üçün bu "körpü"-dən istifadə edir.

Sumuq qalasından baxanda açılan mənzərə.

İlisunun köhnə məhəllələrindən biri.

Kəndi köhnə evləri və dar küçəsi.

Toyuq-cücələrini yemləyən kənd sakini.

Kənddə bir yaşayıv evi.

Kürmükçay üzərində salınmış yeni körpü.

Çöldən, otlaqdan qayıdan inək.