İranda tanınmış aktrisa ilyarım azadlıqdan məhrum edilib

Pegah Ahangarani

İranda tanınmış aktrisa Pegah Ahangarani 1 il yarım həbs cəzasına məhkum edilib.

O dövlətin təhlükəsizlik maraqlarına ziyan vurmaqda təqsirli bilinib.İRNA agentliyinin məlumatına görə ölkədə fəal vətəndaş mövqei ilə tanınan 24 yaşlı aktrisa vaxtaşırı siyasi hadisələri şərh edir, xarici kütləvi informasiya vasitələrinə müsahibələr verirmiş.

Pegah Ahangaraninin anası qərardan şikayət verəcəklərini deyir.

France-Presse agentliyinin məlumatına görə qərar qüvvəyə minənədək o hələlik azadlıqda qalacaq.

Pegah Ahangarani yeni prezident Hasan Rohaninin tərəfdarıdır və hesab edir ki, onun hakimiyyətə gəlməsi ölkədə ab-havanı dəyişəcək və onun işinə yenidən baxılacaq.