Qubada körpü uçub, yük maşını çaya düşüb

-
Oktyabrın 26-da Quba rayonunda körpü uçub.

apa-nın verdiyi məlumata görə, kəndlərarası yolu birləşdirən körpü ağırtonnajlı «Shacman» markalı yük avtomobilinin ağırlığına dözməyərək çöküb. Nəticədə yük avtomobili Qudyalçaya düşüb. Sürücü müxtəlif bədən xəsarətləri alıb.

Körpü 2008-ci ildə inşa olunub. Uzunluğu 18 metr, eni isə 4 metrdir. Körpü rayonun Küsnətqazmalar, Qımılqazmalar kəndlərini Quba-Xınalıq yolu ilə birləşdirir.