MDB sammiti Gürcüstanı MDB-yə qayıtmağa çağırdı

Minskdə MDB sammiti Gürcüstanı MDB-yə qayıtmağa çağırmaqla başa çatıb.
Ev sahibi kimi sammitə yekun vuran Belarus prezidenti Aleksandr Lukashenka çıxışının sonunda deyib ki, MDB liderləri Gürcüstanın MDB-yə qayıtmasına şad olardı.

Yeri gəlmişkən, Gürcüstan bu bazar günü Gürcüstanı MDB-dən çıxardan Saakashvilini əvəz edəcək yeni prezident seçir.

Minskdəki MDB sammitində isə əsas məsələlər iqtisadiyyata aid olub. Rusiya prezidenti Putin MDB ölkələrini dünya iqtisadiyyatının nə vaxt bərpa olunacağını gözləmədən iqtisadi strategiya hazırlamağa çağırıb.