Sabirabadda baş verən yanğında 2 yaşlı qız ölüb

Foto arxiv

Sabirabadda yaşayış evinin yanması nəticəsində 2 yaşlı uşaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə rayonun Quruzma kəndində baş verib.Yanğın zamanı ev sahibi olan qadın yanıq xəsarəti alıb.Evdə olan 2 azyaşlı uşaq isə yanğınsöndürənlər gələnə kimi qonşular tərəfindən xilas edilib.

Yanğın söndürüldükdən sonra ev sahibinin 2 yaşlı nəvəsi Sahilə Xəlilzadənin cəsədi aşkar edilib.Araşdırma gedir.