Çarxı kəndində yaşayan ailənin istədikləri

Sizin brauzer HTML5-i dəstəkləmir

Xaçmazın Çarxı kəndində yaşayan 10 yaşlı Tunarın arzusu böyüyəndə nazir olub ev tikməkdir. Babası Salman Hüseynov deyir, bu istək Tunarda yox yerdən yaranmayıb. Hər gün yarıqları ilə üstünə gələn divarlar, çökən tavan, üstündə ehtiyatla addımladığı döşəmələr nəvədə böyüyəndən sonra ev tikmək istəyi yaradıb.