Zakir Qaralov O.Zeynalovun işiylə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət edib

Zakir Garalov

-
Azərbaycanın baş prokuroru Zakir Qaralov Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun işiylə bağlı Rusiyanın Baş Prokurorluğu və Federal İstintaq Komitəsinə müraciət edib.O, işin obyektiv və ədalətli aparılmasını xahiş edib.

Müraciətdə həmçinin Orxan Zeynalov saxlanarkən yol verilmiş qanunsuz hərəkətlər qəti şəkildə pislənilir, onunla işgəncə və ləyaqəti alçaldan rəftara yol verilməməsi vurğulanır.

Qeyd edək ki, polis bu insidentdən sonra miqrantlara qarşı kütləvi reydlər keçirməyə başlayıb, mindən çox adam saxlanıb.