Amerikalı həmsədr Londonda Dağlıq Qarabağ münaqişəsini müzakirə edir

James Warlick

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Dağlıq Qarabağ münaqişəsiylə bağlı müzakirələri davam etdirmək üçün Londona yollanıb.

Qeyd edək ki, o bundan əvvəl Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Onun Londonda digər həmsədrlərlə müzakirələri davam etdirəcəyi gözlənilir.

ABŞ,Fransa və Rusiyadan olan həmsədrlər noyabrın əvvəllərində bölgəyə gəlmək fikrindədirlər.