Bundesliqada «kabus qol»

-
Bu, Hoffenheim - Bayer Leverkusen oyununda 70-ci dəqiqədə olub. Bayer Leverkusenin hücumçusu Stefan Kiesslingin başı ilə vurduğu top qapıdan kənar, amma dirəyə lap yanından keçir, kənar tərəfdən tora dəyir və ... tor cırıq olduğuna görə, ordan da qapıya girir. ...Və hakim bu qoulu sayır.

(YOUTUBE PORTALINDA YERLƏŞDİRİLƏN VİDEO)



Kiessling oyundan sonra Facebookda bu qola görə üzr istəyib.
O yazıb ki, oyun vaxtı topun qapıya dəqiq hardan girməyjni görməyib. Oyundan sonra topun qapıya qıraqdan girməyini görəndə təəssüf edib.

O yazır ki, “belə qolla oyunu udmaq yaxşı iş deyil. Çünki idmanda düzgünlük vacibdir”.

Hoffenheim oyunun yenidən oynanılmasını tələb edir.
Ancaq rəsmi nəticə hələlik Bayer Leverkusenin qələbəsidir.

Almaniya yığmasının keçmiş hücumçusu və məşqçisi olmuş Rudi Voller isə deyib ki, “Hoffenheim bu gözəl stadiona çoxlu pul xərcləyib. Ancaq gələn dəfə bir az da yaxşı tor almağa pul xərcləsin”.