İ. Əliyev andiçmədən sonra Şəhidlər Xiyabanını ziyarət edib

.
Oktyabrın 19-da prezident İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri (həyat yoldaşı Mehriban Əliyeva, oğlu Heydər Əliyev, böyük qızı Leyla Əliyeva, kiçik qızı Arzu Əliyeva və Arzu Əliyevanın həyat yoldaşı) ilə birlikdə Fəxri Xiyabanda olub, Heydər Əliyevin məzarını ziyarət edib.
Prezident ailəsi Şəhidlər Xiyabanına, Dövlət Bayraq Meydanına baş çəkib.
Dövlət Bayraq Meydanında İlham Əliyevin şərəfinə yaylım atəşi açılıb. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Prezident ailə üzvləri ilə birlikdə Bakının mənzərəsini seyr edib.