Putin Zori Balayanın açıq məktubuna cavab verməyəcək

-

Rusiya prezidenti Vladimir Putinin erməni yazıçısı və publisisti Zori Balayana cavab verməsi nəzərdə tutulmayıb. Bu barədə Putinin mətbuat katibi Andrey Sibulin bildirib. O qeyd edib ki, açıq məktub barədə mətbuatdan xəbər tutublar.

Vaxtilə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çağıran separatçı hərəkata başçılıq etmiş 78 yaşlı yazıçı Z.Balayan öz məktubunda Putini “müdrik addım atıb” Qarabağa səfər etməyə, “azad edilmiş torpaqları” öz gözü ilə görməyə çağırır. O iddia edir ki, “tarixən erməni torpaqları olmuş” Naxçıvan, Yerevan, hətta Yelizavetopol (Gəncəbasar) 19-cu əsrdə Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiyanın tərkibinə keçib, Sovet İttifaqı qurulandan sonra isə həmin ərazilərdə haqsız olaraq türk respublikası - Azərbaycan yaradılıb. Balayan iddia edir ki, bu SSRİ-ni öz siyasi məqsədləri üçün tanıyan Türkiyəyə xoş gəlsin deyə edilib. Məktubda Türkiyənin, Atatürkün, Stalinin, Qorbaçovun ünvanına da sərt sözlər işlədilir.

Azərbaycan vaxtilə Balayanı İnterpol vasitəsilə beynəlxalq axtarışa vermişdi.

"Regnum"a istinadla oxuzali.az

Zori Balayan