Babək Xürrəminin edam yeri - Samirə şəhəri

Sasanilər tərəfindən salınmış, ilk adı "Deyrün-Adi" olan bu şəhər Abbasilər sülaləsinə aid XIII xəlifə Mötəsim tərəfindən Deyr camaatında dörd min dinara satın alınmış və üzərində indki adı Samirə (Samarra) olan şəhər salınmışdı.

836-cı ildən başlayaraq Samirə Abbasilər ordusundakı Türk-Məmlük qrupları üçün ordu şəhərciyi kimi salınmışdı. Həmin dövrdə təqribən 35 min sakini olan bu şəhərdə indi 200 mindən artıq əhali yaşayır. Bu şəhərdə həmçinin şiə müsəlmanlarının 11-ci imamı Həsən Əsgəri və yaxınlarının məzarları olan ziyarətgah var. Şəhər əhalisi isə sünnü müsəlmanlar olduğundan bu şəhər İraqın ən qaynar yerlərindən biridir.

Bundan sonra Xilafət pytaxtı xəlifə Mötəsim tərəfindən Bağdatdan Samirəyə gətirilmiş və 892-ci ilə qədər bu şəhər İslam dünyasının mərkəzi olmuşdur. Amma Samirə türk ordularının təzyiqlərindən zəiflədiyindən 892-ci ildə Bağdat yenidən paytaxt olmuşdu.

Bu şəhər və 848-852-ci illərdə xəlifə Mütəvəkkil tərəfindən tikilmiş gördüyünüz bu kompleks Azərbaycan tarixində həm də Babək Xürrəminin edamı ilə hallanır.

Bu şəhər və 848-852-ci illərdə xəlifə Mütəvəkkil tərəfindən tikilmiş gördüyünüz bu kompleks Azərbaycan tarixində həm də Babək Xürrəminin edamı ilə hallanır.

IX əsrin əvvəllərində Ərəb Xilafətinə qarşı Azərbaycan və ona yaxın bölgələrdə üsyana qalxmış Xürrəmilərin lideri Babək Xürrəmi 837-ci ilin 15 sentyabrında ərəb qoşunlarının sərkərdəsi Afşin tərəfindən tutulduqdan sonra 838-ci ilin 4 yanvarında Samirəyə gətirilir.

Ərəb tarixçisi Məsudinin yazdığına görə xəlifə Mötəsim Babəkin əsir alındığını xəbər alan kimi onu "sevinc bürüdü və o öz sevincini açıq bildirdi. Qələbə haqqında ölkənin hər yerinə xəbər göndərildi".

Babək qısa sürən mühakimədən sonra bu ərazidə şaqqalanaraq edam edildi. Onun başı əhalini qorxutmaq üçün Xorasana göndərildi. Bədəni isə Samirədə asıldı.

Babək qısa sürən mühakimədən sonra bu ərazidə şaqqalanaraq edam edildi. Onun başı əhalini qorxutmaq üçün Xorasana göndərildi. Bədəni isə Samirədə asıldı.

Spiralvari minarəsi ilə bu Böyük Samirə Məsçidi 848-852-ci illərdə xəlifə Mütəvəkkil tərəfindən tikilsə də ondan əvvəl buranın böyük meydan olduğu və Babəkin də burda edam edildiyi qeyd olunur.

52 metr hündürlüyü və 33 metr eni ilə spiralvari minarə dünya incilərindən hesab olunur. Hənçinin bu məsçid dünyanın ən böyük məsçidlərindən biridir.

Ekrən İslam arxitekturasının parlaq nümunəsi kimi bu məsçid palçıq və çiy kərpicdən tikilmişdi. Eyni anda 150 min insanın ibadət edə bildiyi deyilir.

Ekrən İslam arxitekturasının parlaq nümunəsi kimi bu məsçid palçıq və çiy kərpicdən tikilmişdi. Eyni anda 150 min insanın ibadət edə bildiyi deyilir.

Son illərin müharibəsinin izlərini bu tarixi abidə də özündə daşıyır.

Son illərin müharibəsinin izlərini bu tarixi abidə də özündə daşıyır.