Suriya ilə bağlı sülh konfransı noyabrın 23-24-ü keçirilə bilər

Qadri Jamil

Suriya ilə bağlı beynəlxalq sülh konfransı noyabrın 23-24-də Cenevrədə keçiriləcək.

Bunu cümə axşamı Suriyanın baş nazir müavini Qadri Jamil Moskvada deyib. Amma o konfransın vaxtının dəyişdirilməsinin mümkünlüyünü istisna eləmir.Amma Qadri deyir ki, konfrans dekabrdan gec olmayaraq baş tutmalıdır.

BMT hələlik konfransın vaxtını müəyyən eləməyib.

Kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq təşkilat isə bu arada artıq Suriyanın nüvə arsenalının yarısının yoxlanıldığını bildirib. Razılaşmaya görə sonda bu silahlar məhv edilməlidir.