Orxan Zeynalovun həbs edilib-edilməyəcəyi cümə axşamı bəlli olacaq

Vladimir Markin

Moskva sakini Egor Sherbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun həbs edilib-edilməyəcəyi cümə axşamı bəlli olacaq.Bunu "Komsomolskaya pravda"ya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.Onun sözlərinə görə, Zeynalovun ərizə ilə müraciətinə oktyabrın 17-də baxılacaq.Markin ona tərcüməçi də ayrıldığını deyib.

Qeyd edək ki, Egor Sherbakovun qətli iğtişaşa səbəb olub, azı 23 nəfər xəsarət alıb, yüzlərlə adam saxlanıb.