Londonda Azərbaycandan olan terror şübhəlisi həbs edilib

London polisləri (Arxiv foto)

-
BBC xəbər verir ki, bələdiyyə polisi gərgin həbs əməliyyatı zamanı şübhəlilərin maşınına atəş açmalı olub.
Bu arada Associated Press agentliyinin yaydığı məlumata görə, polis hazırda 20 yaşlarında olan dörd şübhəlini dindirir.
Xəbər verilir ki, onların istifadə etdikləri maşınlardan birinin dayandırılması üçün polis atəş açmalı olub.
Polis bildirib ki, həbslər əvvəlcədən planlaşdırılmış reydin gedişində edilib.
Həbsləri London polisinin silahlı birləşməsi həyata keçirib.
London Bələdiyyə Polisi bildirib ki, həbs edilənlərin dördü də Britaniya vətəndaşıdır, lakin əslən Türkiyə, Əlcəzair, Pakistan və Azərbaycana bağlı olduqları bəlli olub.
Polis həmçinin xəbər verib ki, həbslərdən sonra 6 ünvanda və iki avtomobildə axtarış aparıb.
Bu da bildirilib ki, iki 25 yaşlı şübhəli Londonun Tauer Körpüsü yaxınlığında maşınlarına atəş açıldıqdan sonra həbs edilib.
28 və 29 yaşları olan daha iki nəfər Londonun başqa yerlərində yaxalanıblar.
ABC xəbər verir ki, polis həbslər zamanı şübhəli maşınları dayandırmaq üçün nəzərdə tutulan Hatton güllələrindən istifadə edib.
ABC həbs olunmuş 28 yaşlının əslən Azərbaycandan olduğunu bildirib.