Fərhad Əliyev və qardaşı azadlığa çıxır

Fərhad Əliyev

-
Oktyabrın 14-də prezident İlham Əliyev Qurban bayramı münasibətilə əfv sərəncamı imzalayıb.

Sərəncam ümumilikdə 152 nəfərə şamil edilib.

Siyahıda «siyasi məhbus» kimi tanınanlardan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin də adları var.

Bu, Azərbaycan müstəqillik qazanandan 54-cü əfv sərəncamıdır.

2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Fərhad və Rafiq Əliyev qardaşları sonradan iqtisadi cinayətlərdə təqsirli bilinmişdilər.

Əmlakı müsadirə olunmaqla F.Əliyev 10, R.Əliyev isə 9 il azadlıqdan məhrum edilmişdilər.

Əfv siyahısı ilə burada tanış ol