Samarada yol qəzasında ölənlərdən 1-i azərbaycanlıdır

-
Rusiyanın Samara vilayətində mikroavtobusla avtofurqon toqquşub, 13 əcnəbi miqrant həlak olub. Şənbə gecəsi baş verən qəzada 2 nəfər də ağır yaralanıb.
Qəza Bolşeçerniqov rayonunda M-32 şosesində baş verib. İçərisində 14 sərnişin olan “Toyota” markalı mikroavtobus qəfildən qarşı yola çıxaraq “Mersedes” markalı avtofurqonla toqquşub. Hər iki maşın yol kənarındakı dərəyə aşıb. Bir neçə dəfə çevrilən mikroavtobusda yanğın baş verib.
Polisin sözçüsü mikroavtobus sürücüsünün sükan arxasında yuxuya daldığını deyib.
Mikroavtobusda 14 sərnişin olub –11 özbək, 2 tacik, 1 azərbaycanlı. 36 yaşlı sürücü saxlanıb