Edward Snowden atası ilə görüşüb

Lon Snowden (sağda)

ABŞ məxfi xidmətlərinin keçmiş əməkdaşı Edward Snowden Moskvada öz atası Lon Snowdenlə görüşüb.

Onun vəkili Kucherena deyib ki, ABŞ-dan gələn atası ilə görüş çox emosional olub. Vəkil yaxın günlərdə görüş barədə mediaya ətraflı məlumat verəcəyini deyib.

ABŞ Snowdeni kəşfiyyat məlumatlarını açıqlamaqda ittiham edir. Rusiya Snowdenə bir illik sığınacaq verib.