Avropa Birliyi Tymoshenkonu azad etməyi Ukraynaya şərt qoyur

Avropa Birliyi Ukraynaya xəbərdarlıq edib ki, əgər Ukrayna noyabr ayında Avropa Birliyi ilə assosiasya sazişini imzalamağa əmin olmaq istəyirsə, keçmiş baş nazir Yulia Tymoshenkonu azad etməlidir.

Avropa Birliyi həmçinin seçki qanunu və ədliyyə sistemini islah etməyi də məsləhət görür.

Tymoshenko Rusiya ilə qaz sazişində cinayətə yol vermə ittihamı ilə 7 il həbsə məhkum olunub.