Dəyanət Babayev bəraət istəyib

Dəyanət Babayev

-
AXCP üzvü Dəyanət Babayev oktyabrın 11-də keçirilən məhkəmə prosesində son söz deyib və bəraət istəyib. Proses Nəsimi Rayon Məhkəməsində keçirilib.
Hökmün oxunması oktyabrın 14-dək təxirə salınıb.
Dəyanət Babayev digər AXCP üzvü Musa Rahimlə birgə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol verməkdə, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib ona yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunur. Prokuror Dəyanət Babayevə 4 il həbs cəzası verilməsini istəyib.