Ümid Partiyası: Tərtər seçki dairəsində pozuntu olub

-
95-ci Tərtər seçki dairəsinin 11 saylı seçki məntəqəsində komissiya sədri Məzahir Quliyev komissiya üzvlərinə seçki qutularını doldurmaq göstərişi verib.
Bu barədə Ümid Partiyasının lideri İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev məlumat verib.
Partiya nümayəndəsi Məzahir Quliyevin qanunsuz əməllərinə etiraz etdikdə onunla komissiya sədri arasında insident baş verib.
Xəbəri Ümid Partiyasının mətbuat xidməti yayıb.
95-ci Tərtər seçki dairəsindən bildiriblər ki, belə şey olmayıb.