Bir seçki dastanı - Karuselçi əhvalatları

179 nömrəli məktəbdə yerləşən 10 saylı Binəqədi III seçki dairəsinin 8 saylı seçki məntəqəsinin qarşısında seçici qalabalığı var. Seçicilər ancaq qadınlardır. Seçicilərdən biri qeyd etdi ki, bu qadınlar uşaqları bu məktəbdə oxuyan valideynlərdir. Və məcburi olaraq bura gətirilib.

Füzuli rayon qeydiyyatında olan bir seçici səs verərkən.

Füzuli rayon qeydiyyatında olan bir seçici səs verərkən.

Füzuli rayon qeydiyyatında olan bir seçici səs verərkən. Biz məsul şəxslərə bu barədə məlumat verərkən ani olaraq bu qadın məntəqədən uzaqlaşdırıldı.

179 nömrəli məktəbin ön tərəfində yerləşən 10 saylı Binəqədi III seçki dairəsinin 8 saylı seçki məntəqəsindən çıxan bir qrup şəxs məktəbin arxasında yerləşən 7 saylı məntəqəyə gedirlər.

179 nömrəli məktəbin ön tərəfində yerləşən 10 saylı Binəqədi III seçki dairəsinin 8 saylı seçki məntəqəsindən çıxan bir qrup şəxs məktəbin arxasında yerləşən 7 saylı məntəqənin yanında 7 saylı məntəqə komissiyasının üzvünə qulaq asırlar. Komissiya üzvünün təlimatı belədir: Heç kimə şəxsiyyət vəsiqənizi göstərməyin və heç kimin sualına cavab verməyin.

"Karuselçilər" bizi izləyir.

10 saylı Binəqədi III seçki dairəsinin 8 saylı seçki məntəqəsindən çıxan bu boz paltarlı qadın dərhal 7 saylı məntəqəyə yollanır.

Bir az əvvəl 10 saylı Binəqədi III seçki dairəsinin 8 saylı seçki məntəqəsindən çıxan boz paltarlı bu qadın indi isə 7 saylı məntəqədə səs verir.

10 saylı Binəqədi III seçki dairəsinin 8 saylı seçki məntəqəsindən çıxan Ağ pencəkli bu qadın dərhal 7 saylı məntəqəyə yollanır.

Amma ağ pencəkli qadını izlədiyimizi görən "Karuselçi" iki şıxs dərhal ona yaxınlaşaraq onu məntəqədən uzaqlaşdırmağa çalışırlar. Elə bu anda "Karuselçi"-lərdən biri bizə hücum edir. Kiçik insident baş verir.