Banqladeşdə müxalifət fəalı ömürlük həbs edilib

-
Banqladeşdə Hərbi Tribunal müxalifət fəallarından biri haqqında ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarıb.

83 yaşlı Banqladeş Milliyətçi Partiyasının üzvü Abdul Alim insanlıq əleyhinə cinayətlərdə - 1971-ci ildə azı 600 adamın ölümündə iştirakda ittiham olunur.

Bundan əvvəl isə Hərbi Tribunal Banqladeş Milliyətçi Partiyasının başqa bir fəalı haqqında da ölüm hökmü çıxarmışdı.