İraqın Ərbil şəhərindəki hücuma görə cavabdehliyi Əl-Qaidə ilə əlbir olan qrup üzərinə götürüb

Foto arxiv

İraqdakı kürd muxtariyyətində törədilən hücuma görə cavabdehliyi Əl-Qaidə ilə əlbir olan “ İraq İslam Dövləti və Levante” qrupu üzərinə götürüb.

Sentyabrın 29-da Ərbildə təhlükəsialik xidmətinin binasına edilən hücumda azı 6 adam ölüb.Qrup bu hücumun Kürd muxtar vilayətinin lideri Masud Barzainin hədələrinə cavab olaraq törədildiyini deyir.Amma bu bəyanatın məhs qrup tərəfindən yayıldığı hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Barzaini bu ilin avqustunsa Suriyada islamçılarla mübarizə aparan yerli kürdləri dəstəkləməyə hazır olduğunu bəyan edib.