Avropa Parlamentinin deputatları seçkiləri müşahidə etmək üçün Bakıya gəlir

-

Azərbaycanda prezident seçkilərini izləmək üçün Avropa Parlamentinin 7 deputatı bu gün Bakıya gəlir.

Bütövlükdə azı 300 qısamüddətli müşahidəçi seçkilərin gedişini izləyəcək. Onlar Azərbaycanın müxtəlif bölgələrinə göndəriləcək.

Avropa Parlamentinin deputatlarısa bu gün və sabah seçki orqanları, beynəlxalq seçki müşahidə təşkilatları, prezidentliyə namizədlər, QHT nümayəndələri və siyasi analitiklər ilə görüşəcəklər. Oktyabrın 9-da seçki məntəqələrinə gedəcək, səsvermə prosesini izləyəcək, seçki qutularının açılmasını və səslərin hesablanmasını müşahidə edəcəklər.

Müzakirələrdən sonra beynəlxalq müşahidə missiyası seçkilərin ertəsi günü mətbuat konfransı keçirməyi planlaşdırırlar.