Daxili Qoşunların əsgəri ağacdan asılı vəziyyətdə tapılıb

Arxiv foto

-
Okyabrın 3-də, gecə saatlarında şəhərin mərkəzi prospektində ağacdan asılı meyit tapılıb.

Bu barədə Gəncə şəhər Baş Polis idarəsindən məlumat verilib.

Məlumata görə, meyitin Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlu olması aşkarlanıb.

İlkin araşdırmalara görə, hərbçi intihar edib.

Fakt hərbi prokurorluqda araşdırılır.