MSK Cəmil Həsənlinin şikayətini təmin etməyib

Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyası Milli Şuranın namizədi Cəmil Həsənlinin Hafiz Hacıyevdən şikayətini təmin etməyib.

Cəmil Həsənli MSK-ya müraciət edərək prezidentliyə namizədlərin İctimai Televiziyada keçirilən debatlarında prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şura üzvlərini açıq şəkildə hədələdiyini, onların şərəf və ləyaqətlərini təhqir etdiyini bildirərək tədbir görülməsini istəyib.

MSK hesab edir ki, Hafiz Hacıyevin fikirlərində təhqir elementləri olsa da bu, namizədliyin ləğvinə əsas vermir. Və yaxşı olardı ki, Cəmil Həsənli bu ittihamı məhkəməyə çıxarsın.