Metro vaqonlarındakı sıxlıq normadan artıqdır


"Günün gur saatlarında Bakı Metropoliteni vaqonlarında 1 kvadratmetrdə 8-10 sərnişin daşınır ki, bu da təhlükəsizlik tələblərinə cavab vermir".

Bu barədə Bakı Metropoliteninə istinadən trend məlumat yayıb.

Məlumata görə, hazırda Bakı Metropolitenində günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min sərnişin daşınır.

Aparılmış araşdırmalara əsasən, müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Bu proqnozlar Bakı əhalisinin illik artım tempinin 2,5 faiz götürülməsi əsasında edilib.

Metropolitendə hesab edirlər ki, təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadrat metrində 6 sərnişin daşınmalıdır.