Azərbaycan Əfqanıstana 33 əsgər göndərib

Foto arxiv

Azərbaycan Silahlı Qüvvələri sülhməramlı hissəsinin 33 əsgəri bu gün Əfqanıstana yola salınıb.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Onlar rotasiya əsasında 2014-cü ilin aprelinədək Əfqanıstandakı Beynəlxalq qüvvələrin tərkibində xidmət edəcəklər.

Azərbaycan bu missiyaya 2002-ci ilin noyabrında qoşulub. Hazırda Əfqanıstanda 94 Azərbaycan əsgəri var.