Avropa Məhkəməsi önündə qandallı etiraz

Avropa Şurası Parlament Assambleyası önündə etiraz aksiyası

-
Oktaybrın 1-də Strasburqda Avropa Məhkəməsinin və Avropa Şurası Parlament Assambleyası önündə ağızlarını bağlamaqla, qollarını qandallayan hüquq müdafiəçiləri Azərbaycanda siyasi həbslərə etiraz ediblər. Onlar əllərində İlqar Məmmədovun, Rəşadət Axundovun, Rəşad Ramazanovun fotolarını təxminən 30 dəqiqə saxlayıblar.
Bu haqda AzadlıqRadiosuna İnsan Hüquqları Klubunun sədri Rəsur Cəfərov məlumat verib. O, hazırda fotolarla Avropa Şurası Parlament Assambleyasında etirazlarını davam etdirdiklərini bildirib.
Rəsur Cəfərov bununla diqqəti seçkiöncəsi Azərbaycanda həbslərə yönəltmək istədiklərini deyib:
«Avropa Şurası Parlament Assambleyasi bu ilin yanvarında Shtasserin Azərbaycan siyasi məhbuslar haqda hesabatını qəbul etməyib. Amma bundan sonra Azərbaycanda vəziyyət yaxşılaşmaqdansa, əskinə siyasi həbslərin sayı daha da artdı. Bizim istəyimiz yeni həmməruzəçinin təyin edilməsidir».
Rəsul Cəfərov etiraz məqsədləri sırasına birini də əlavə edir. Deyir ki, Azərbaycanın 2014-cu ilin mayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi zamanı üzərinə götürdüyü öhdəliklərləri əmək etməsinə yönəltməyə çalışmaqdır.