Hassan Rohani ABŞ-dan İrana qayıdanda etirzlarla qarşılanıb

İran prezidenti Hassan Rohani

-
İran prezidenti Hassan Rohani ABŞ-dan İrana qayıdanda etirzlarla qarşılanıb. Tehran aeroportunda ona etiraz edənlər «Amerikaya ölüm», «İsrailə ölüm» şüarları səsləndirib, Rohaniyə ayaqqabı atıblar.
Nyu-Yorkda olduğu müddətdə İrn prezidenti Qərbə İranın nüvə proqramı ilə bağlı müzakirələrə hazır olduğunu bildirmişdi.
Frans Press agentliyinin məlumatına görə, 200-300 nəfər isə Rohaniyə dəstək üçün aeroporta gəlib. Rohani onu müdafiə edənləri salamlayıb.
İranı qayıtmamışdan əvvəl İran prezidenti ABŞ prezidenti Barack Obama ilə telefonla danııb.
Bu, 1979-cu ildən bu yana ABŞ və İran arasında olan ilk belə ünsiyyətdir. 15 dəqiqəlik telefon danışığının çox səmimi keçdiyi bildirilir.