Daha bir gənc plakat cırma ittihamı ilə həbs edilib

Foto: Arxiv

-
Prezidentliyə namizədinin şəklini cırmaqda ittiham olunan şəxs 25 sutka həbs edilib.

Bu barədə Nərimanov rayon Məhkəməsinə istinadən apa məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Şahin Rzayevi polis sentyabrın 27-də Bakıda təşviqat lövhəsindəki Cəmil Həsənlinin şəklini cırarkən saxlayıb.

Nərimanov rayon Məhkəmənin qərarı ilə o, 25 sutka həbs edilib.

Sentyabrın 22-də AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli də eyni ittihamla 25 sutka həbs cəzası alıb.