BMT-nin ekspertləri Suriyada kimyəvi silah işlədilməsi ilə bağlı 7 şübhəli halı araşdırırlar

Foto arxiv

BMT-nin Suriyaya dönən ekspertlər qrupu kimyəvi silah işlədilməsi ilə bağlı 7 şübhəli halı araşdırırlar.

Bu hücumlardan birinin avqustun 21-də Dəməşq ətrafında törədildiyi iddia edilir.ABŞ bu hücumda yüzlərlə adamın öldüyünü və bunun Suriya rejimi tərəfindən törədildiyini təkid edir.

Bu arada cümə günü Dəməşq ətrafında törədilən partlayışda azı 30 nəfərin öldüyü xəbər verilir.