Pakistanda məmurları aparan avtobus partladılıb

Pakistanda partlayış

Pakistanın şimal-qərbində məmurları aparan avtobusun partladılması nəticəsində azı 17 nəfər ölüb, 43 nəfərsə yaralanıb.Məlumatlara görə, avtobusda 60-a yaxın adam olub.

Partlayış Xayber Paxtunxva əyalətində məmurlar işdən evə dönərkən baş verib.Baş polis müfəttişi Nasir Durraninin sözlərinə görə avtobusun arxa hissəsinə uzaqdan idarə olunan partlayıcı qurğu qoyulubmuş.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib. Bu rayon Taliban və Əl Qaidə ilə əlbir olan qrupların əsas dayaq məntəqələrindən biridir.