Seçki bülletənlərinin çapına başalanacaq

Sentyabrın 28-də seçki bülletənlərinin çapına başalanacaq.

Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunacaq. Çap prosesinin başlamasında MSK sədri Məzahir Pənahov da iştirak edəcək.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. İndiki dövlət başçısı da daxil olmaqla prezidentlik uğrunda 10 nəfər mübarizə aparır.