Azərbaycan Pakistana yardım təklif etdi


Azərbaycan Pakistanda baş verən zəlzələ ilə bağlı bu ölkəyə yardım təklif edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yardım təklifini sentyabrın 26-da Pakistanın Azərbaycandakı səfiri ilə görüşdə nazir Kəmaləddin Heydərov irəli sürüb.

Nazir zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin aparılması və digər yardımların göstərilməsini təklif edib.

Sentyabrın 22-də Pakistanın Bəlucistan bölgəsində 7.7 bal gücündə zəlzələ olub. Məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 300-ü keçib.