İ. Əliyev Britaniya diplomatları ilə görüşüb


Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olunub.

İki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.