Milli Şura sentyabrın 29-na mitinq elan edib

-

«Milli Şura rəhbərliyi mitinqlə bağlı bu gün qərara gəlib». Bu barədə AzadlıqRadiosuna Milli Şuranın üzvü Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, hazırda Bakı şəhər İcra Hakimiyyətinə mitinq üçün yer ayrılması ilə bağlı müraciət hazırlanır, günün sonunacan təqdim ediləcək.

Gülağa Aslanlı bildirib ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin öz seçiciləri ilə görüş üçün keçirilməsi planlaşdırılan mitiqdə əlavə şüarlar da hazırılanır:

«22 sentyabr mitinqdən əlavə bu dəfəki mitinqdə «Konstitutisyaya əməl edin», «Qanunların aliliyi hamı üçündür» və digər şüarlar da olacaq».

Azərbaycanda 9 oktaybr prezident seçkilərdir.