Təhsil Nazirliyi tələbə mübadiləsiylə bağlı yeni qayda hazırlayır

-
Bu qaydalara tələbələrin bir ali məktəbdən və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hallarının tənzimlənməsi aiddir.
Təhsil Nazirliyinin AzadlıqRadiosunun sorğusuna cavabda deyilir ki, köçürülmə birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.
Tələbələrin köçürülməsi ilə bağlı müraciətlərə Təhsil Nazirliyinin müvafiq şöbəsində (Elm, ali və orta ixtisas təhsili şöbəsində) baxılır, sənədlər araşdırılır.
Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.), şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir.
Hazırda bununla bağlı yeni qaydalar hazırlanır.