Leysan yağışları Ağdamda evələrə ziyan vurub
Sizin brauzer HTML5-i dəstəkləmir
Senyabrın 22-dən yağan yağış Ağdamın 15-ə yaxın kəndinin yollarını yuyub, sel suları həyətyanı sahələrə dolub, kənd təsərrüfatına zərər vurub. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Mirələm Feyziyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, ötən gecədən başlayan yağış özəlliklə Çıraqlı kəndinə ziyan vurub.