Baş nazirin müavini: "Suriyada vətəndaş müharibəsində heç-heçə vəziyyəti yaranıb"

Suriyanın baş nazirinin müavini Qadri Jamil deyib ki, Suriyada vətəndaş müharibəsi heç-heçə vəziyyətinə gəlib- çatıb, heç bir tərəf müharibəni udmağa qadir deyil.

Jamil Guardian qəzetinə müsahibəsində deyib ki, hökumət atəşkəsə çağırmağa hazırdır.

Jamil bildirir ki, müharibə Suriya iqtisadiyyatına 100 milyard dollar ziyan vurub.