ABŞ-ın bütün hərbi obyektlərində təhlükəsizliyi yoxlamağa əmr verilib

ABŞ müdafiə naziri Hagel ölkənin bütün müdafiə obyektlərində təhlükədsizliyi yoxlamağa əmr verib. Buna səbəb Vaşinqtonda Navy Yard tərsanəsində Aaron Alexis adlı ehyitada olan keçmiş dəniz hərbçisinin 12 adamı güllələməsidir.

Alexis hərbi obyektə qüvvədə olan həqiqi sənədlə girib.

Hagel deyib ki, yoxlamalarda məqsəd mövcud boşluqları müəyyən etməkdir.