Qədim kəndin yeni sakinləri və məhv olmuş məbədlər
Göy Göl rayonunun Yeni Zod kəndi.
Keçən əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanda və Azərbaycanda yaşayan azərbaycanlı və ermənilərin deportasiyası zamanı Ermənistan SSR-da, Zod kəndində yaşayan azərbaycanlılar "Kamo" adlanan bu kəndə, bu kəndin erməni sakinləri isə Zoda köçürülür. Beləliklə kəndlərin sakinləri ilə yanaşı adları da dəyişilir.
Kamo "Yeni Zod", Zod isə "Yeni Kamo" olur.
Bu kəndin qədim sakinləri isə albanlar hesab olunur. Kəndin ətrafında alban kilisələri və məbədləri bu günümüzə qədər gəlib çatıb.
Məbəd "Ölkə əhəmiyyətli tarixi abidə" hesab olunsa da onun qorunması üçün hansı işlərin görüldüyü dəqiq bilinmir.
Belə ki, məbədin əsas sütunları çökməkdədir.
Yeni Zodla Toğanalı kəndi arasında yol kənarında başqa bir alban kilsəsi də var. Bu kilsə də yuxarıdakının taleyini yaşayır.
Kilsə divarları üzərində kilsə haqqında məlumat almaq üçün lövhəyə rast gəlinmir.