Şəkidə qazın verilməsində fasilələr olacaq


Sentyabrın 18-də “Cəfərabad” AQPS-dən Şəki rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qurum təbii qazın verilməsində yaranacaq fasiləni aparılan təmir işləri ilə əlaqələndirir.