Həmsöhbətini Kantın fəlsəfəsinə görə güllələdi

İmmanuel Kant

-

Rusiyada iki nəfərin Immanuel Kantın fəlsəfi görüşləri ilə bağlı mübahisəsi silahlı insidentlə nəticələnib.

Rostov Don şəhərində pivə növbəsində alman filosofun “Təmiz idrakın tənqidi" əsəri ilə bağlı başlanmış mübahisə elə qızışıb ki, mübahisə edənlərdən biri tapança çıxararaq o birisinə bir neçə güllə vurub.

Polis ad açıqlamasa da, bildirib ki, hadisə yerindən qaçan həmin şəxs artıq həbs edilib.

Onun rezin güllə ilə vurduğu şəxs isə xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Günahı sübut olunarsa, saxlanmış şəxsi 10 ilədək həbs cəzası verilə bilər.

1781-ci ildə çap edilmiş “Təmiz idrakın tənqidi" əsəri transendentallıq anlayışına əsaslanır.

Bəzi filosoflar elmi həqiqətin yalnız təcrübədə sınanmış biliklərə əsaslandığını deyir, Kant isə təcrübədən asılı olmayan, "əvvəlcədən hazır olan" biliklərin də mövcud olduğunu iddia edir. Məsələn vicdan kimi...