Azərbaycanda Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq

Məkkə

Bu il Azərbaycanda Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq.

Elə həmin gün Səudiyyə Ərəbistanına zəvvarları aparan ilk təyyarə yollanacaq.Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bütün reyslər oktyabrın 3-dən başlayaraq 5 gün ərzində həyata keçiriləcək.

Ötən illərdən fərqli olaraq, bu il bütün dünya ölkəlləri üzrə ziyarətə gedəcək zəvvarların kvotası 20 faiz azaldılıb.