Prezidentliyə namizədlərin efir vaxtı müəyyənləşəcək

Məzahir Pənahov

-
Sentyabrın 16-da prezidentliyə namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatma keçiriləcək.

Püşkatmanın nəticəsi əsasında namizədlər arasında efir vaxtı bölüşdürüləcək.

Bu haqda MSK sədri Məzahir Pənahov məlumat verib.

Namizədlər üçün pulsuz efir vaxtı İctimai Televiziyada ayrılacaq.