Əfqanıstanda milli futbol yığması alqışlarla qarşılanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Hindistanı 2:0 hesabı ilə məğlub edən Əfqanıstanın milli futbol yığması Kabulda böyük çoşğu ilə qarşılanıb. Sentyabrın 12-də komandanın qarşılanması mərasimi üçün kabul hava limanına minlərlə azarkeş toplanıb. Komandanı prezident Hamid Karzai də təbrik edib. Əfqanıstan yığması Cənubi Asiya Futbol Federasiyası Çempionatı çərçivəsində Hindistan millisi ilə qarşılaşmışdı. Talibanın hakimiyyəti illərində Əfqanıstanda idmana ciddi qadağalar qoyulmuşdu. Ölkədəki stadionların çoxu edam qərarlarının icrası zamanı istifadə olunurdu.